Sumqayıtda 21 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb Yenilənib
Sumqayıtda 21 yaşlı oğlanın ölümünün təfərrüatları məlum olub.
Crossmedia.az məlumat verir ki, 2004-cü il təvəllüdlü Adil Eyvazovun ölümünə səbəb onun hündürlükdən yıxılması olmayıb.
Gənc 6-cı mikrorayon ərazisində yerləşən idman zalında məşq zamanı qəfil özünü pis hiss edib və dünyasını dəyişib. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata əsasən, Adil Eyvazov taekvondo ilə məşğul imiş.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.(Report)
22:20
Sumqayıtda 21 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb.
Crossmedia.az məlumat verir ki, hadisə şəhərin 6-cı mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, 2004-cü il təvəllüdlü Adil Eyvazov ehtiyatsızlıq nəticəsində mənzilinin eyvanından yıxılıb.
Ağır xəsarətlər alan gənc hadisə yerindəcə dünyasını dəyişib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.(Report)
22:50 29.10.2025
Oxunuş sayı: 1324