Çempionlar Liqası: "Qarabağ"ın oyununa 22 500 bilet satılıb
Bakıda "Qarabağ" və İngiltərənin "Çelsi" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununa indiyədək 22 500 bilet satılıb.
Bu barədə Crossmedia.az-a Ağdam klubundan məlumat verilib.
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.
21:38 29.10.2025
Oxunuş sayı: 2070