Mercedes-Benz-in mənfəəti azalıb
Almaniyanın tanınmış avtomobil istehsalçısı Mercedes-Benz 2025-ci ilin ilk doqquz ayında mənfəətinin təxminən iki dəfə azaldığını açıqlayıb.
Crossmedia.az xarici mənbələrə istinadən xəbər verir ki, şirkət ilin üçüncü rübündə gəlirinin 31% azalaraq 1,19 milyard avroya düşdüyünü, ötən ilin eyni dövründə isə bu rəqəmin 1,71 milyard avro olduğunu bildirib. Şirkət bu azalmanı əsasən Çin bazarındakı zəif satışlarla və ABŞ-ə göndərilən avtomobillərə tətbiq olunan yeni tariflərlə əlaqələndirib.
Buna baxmayaraq, Mercedes-Benz rəhbərliyi illik plan və proqnozlara sadiq qaldığını vurğulayıb. Şirkətin baş direktoru Ola Källenius bildirib ki, “nəticələr planlarımızla uzlaşır və biz müştəri təcrübəsini yaxşılaşdırmaq, səmərəliliyi artırmaq istiqamətində işimizi davam etdiririk.”
Nigar Yahyazadə
16:13 29.10.2025
Oxunuş sayı: 1027