Azərbaycan Kuboku: 1/8 final mərhələsinə vəsiqə qazanan ilk komandalar bəlli olub
Azərbaycan Kubokunun 1/8 final mərhələsinə vəsiqə qazanan ilk komandalar bəlli olub.
Crossmedia.az xəbər verir ki, Misli Premyer Liqası təmsilçilərindən "İmişli" və "Kəpəz" növbəti mərhələyə adlarını yazdırıblar.
Mərhələ adlayan digər klublar "Şəfa" və "Baku Sportinq"dir.
"Cəbrayıl" - "Şəfa" 0:3
"Göygöl" - "Baku Sportinq" 0:2
"Kəpəz" - "Ağstafa Gəncləri" 6:1
"Qaradağ Lökbatan" - "İmişli" 2:3
Qeyd edək ki, Azərbaycan Kubokunda II təsnifat mərhələsinə oktyabrın 29-da yekun vurulacaq.
15:59 28.10.2025
Oxunuş sayı: 926