"Bakı-2015 - Süni İntellekt və İdmanda İnnovasiya" müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib
"Bakı 2015 - Süni İntellekt və İdmanda İnnovasiya" müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
Crossmedia.az-ın məlumatına görə, tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, Bakıda keçirilmiş I Avropa Oyunlarının bəzi qalibləri və federasiya rəsmiləri iştirak ediblər.
MOK-un Beynəlxalq Proqramlar İdarəsinin əməkdaşı Günay Əsgərova tədbir iştirakçılarını salamlayıb.
O, 2015-ci ildə təşkil olunmuş I Avropa Oyunlarının 10 illik yubileyinin qeyd olunduğunu bildirib və həmin turnirin Azərbaycanın idman tarixində önəmli roy oynadığını vurğulayıb.
Ardınca Avropa Olimpiya Komitələrinin (AOK) prezidenti Spyros Kapralosun onlayn formatda müraciət edib. AOK rəhbəri Bakı-2015-in Avropa Olimpiya Hərəkatı üçün tarixi bir an olduğunu diqqətə çatdırıb.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə isə ölkədə olimpiya hərəkatının ən böyük bayramlarından biri olduğunu və I Avropa Oyunlarının Azərbaycan tarixində böyük iz buraxdığını söyləyib.
AOK nümayəndəsi Gianluka De Angelis 10 il əvvəl Bakıda keçirilmiş yarışı xatırlayıb və Azərbaycanın möhtəşəm təşkilatçılığınım olduğunu deyib.
Tədbirdə "Süni İntellekt və İdmanda İnnovasiya" mövzusunda qısa video nümayiş olub, sözügedən müsabiqənin münsiflər heyətinin üzvləri fikirlərini bölüşüblər.
"Bakı 2015" Avropa Oyunlarının çempionu İlham Zəkiyevin çıxışından sonra müsabiqəyə daxil olmuş işlərin təqdimatı gerçəkləşib.
Son olaraq təltifetmə mərasimində müsabiqənin qaliblərinə sertifikat və mükafatlar təqdim olunub.
11:53 28.10.2025
Oxunuş sayı: 1480