"İmişli"nin futbolçusu əməliyyat olunub
Futbolçumuz Vüsal Qənbərov "Kəpəz"lə oyunda aldığı zədə səbəbilə qamış və incik sümüklərinin sınığı diaqnozu ilə 27 oktyabr 2025-ci il tarixində əməliyyat olunub.
Crossmedia.az xəbər verir ki, əməliyyat uğurla həyata keçirilib.
Futbolçunun vəziyyəti stabil və qənaətbəxşdir. Vüsal Qənbərov hazırda klubun tibbi heyətinin nəzarəti altındadır və yaxın günlərdə reabilitasiya mərhələsinə başlayacaq. "İmişli" PFK rəhbərliyi və həkim heyəti onun tezliklə tam bərpa olunaraq meydanlara qayıtması üçün bütün lazımi dəstəyi göstərir.
19:28 27.10.2025
Oxunuş sayı: 1544