“Report” İnformasiya Agentliyinin 11 yaşı olur!
Artıq 11 ildir ki, “Report” İnformasiya Agentliyi Azərbaycanın media məkanında peşəkarlıq, operativlik və etibarlılıq nümunəsi kimi fəaliyyət göstərir. İnformasiya cəmiyyətinin sürətlə formalaşdığı bir dövrdə yaradılan agentlik qısa müddətdə həm yerli, həm də beynəlxalq auditoriyaya doğru, dəqiq və çevik məlumat çatdırmağı özünün əsas missiyasına çevirib.
Fəaliyyətə başladığı ilk gündən eksklüziv xəbərlərə, analitik yanaşmaya və obyektiv mövqeyə üstünlük verən “Report” bu gün ölkədəki ən əsas istinad mənbələrindən biridir. Üç dildə yayımı ilə agentlik Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır.
Xüsusilə Vətən müharibəsi dönəmində və sonrakı bərpa-yenidənqurma mərhələsində “Report”un informativ yükü daha da artdı və agentlik prosesləri yerində izləyərək geniş ictimaiyyətə təqdim etməklə medianın üzərinə düşən tarixi missiyanı ləyaqətlə yerinə yetirdi.
Bu gün “Report”un həm ölkə daxilində, həm də xaricdə müxbir şəbəkəsinin fəaliyyət göstərməsi onun yalnız xəbər xidməti deyil, eyni zamanda milli maraqları dünyada təmsil edən informasiya platformasına çevrildiyini göstərir.
Crossmedia.az olaraq “Report” İnformasiya Agentliyinin kollektivini 11 illik yubiley münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində davamlı uğurlar, daha böyük auditoriya və yeni peşə zirvələri arzulayırıq.
17:23 27.10.2025
Oxunuş sayı: 1046