Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilir
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 1 noyabrda Bakı-Ağstafa, 2 noyabrda isə Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.
Crossmedia.az-ın məlumatına görə, ADY-dən bildirilib ki, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər etmək olar.
Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.
16:53 27.10.2025
Oxunuş sayı: 926