PKK Türkiyədən tamamilə çıxdı: Tarixi dönüm nöqtəsi
PKK terror təşkilatı Türkiyədən bütün silahlı qüvvələrini geri çəkdiyini bəyan edib. Bu barədə PKK açıqlama yayıb. Bildirib ki, Türkiyədəki bütün qüvvələri geri çəkirlər. Bu addım PKK-nın lideri Abdullah Öcalanın çağırışı va təşkilatın 12-ci Konqresində qəbul edilən qərarlar əsasında atılıb. Məlumata görə, Öcalanın çağırışından sonra özünü ləğv etmək qərarı verən PKK bu bəyanatla silah qoyma prosesinin yeni mərhələyə keçdiyini açıqlayıb.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında politoloq Hüseyn Şeyhanlıoğlu bildirib ki, PKK bu gün 50 illik hərbi silahlı fəaliyyətinə Türkiyə daxilində son qoyur və geri çəkildiyini elan edir:
“Bu, Türkiyə üçün böyük bir dönüm nöqtəsidir, böyük bir uğurdur. Yəni Azərbaycan Ermənistan və Qarabağ problemini həll etdiyi kimi, Türkiyə də öz daxilindəki problemləri həll edib.
PKK bu gün 50 illik hərbi silahlı fəaliyyətinə Türkiyə daxilində son qoyur və geri çəkildiyini elan edir. Bu, Orta Şərqdə sülh üçün son dərəcə vacib, böyük bir addımdır. Bu baxımdan, biz bu hadisəni belə qiymətləndiririk: bu proses bu gün Türkiyə üçün, Orta Şərqdə, hətta dünyada Böyük Türkiyənin yolunu açacaq tarixi bir addım kimi tarixə düşür.
Bu səbəbdən, bu, bir dönüm nöqtəsidir və bunu bir dəfəlik böyük bir uğur kimi hörmətli D. Baxçalı və R.T.Ərdoğanın adlarına yazmaq lazımdır”.
Günel Verdiyeva
14:45 27.10.2025
Oxunuş sayı: 1533