Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoldaşlıq matçını keçirəcək
Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoldaşlıq görüşünü keçirəcək.
Crossmedia.az-ın məlumatına görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma Qazaxıstanla üz-üzə gələcək.
Qarşılaşma Çimkənd şəhər stadionunda, Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Matçı Özbəkistandan olan Roziyabonu Yusupova idarə edəcək.
Qeyd edək ki, komandalar arasında oktyabrın 24-də keçirilən ilk oyunda Azərbaycan millisi 2:1 hesablı qələbə qazanıb.
09:20 27.10.2025
Oxunuş sayı: 1120