Azərbaycanın qadın həndbolçulardan ibarət yığmasının İslamiadadakı rəqibləri müəyyənləşib
Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandasının Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri müəyyənləşib.
Crossmedia.az Azərbaycan Həndbol Federasiyasından verilən məlumata istinadən xəbər verir ki, yığmamız Qazaxıstan, Pakistan və Qətər seçmələri ilə birgə B qrupunda yarışacaq. A qrupunda isə Türkiyə, İran, Qvineya və Maldiv adaları millisi yer alıb.
İslam Həmrəyliyi Oyunlarında həndbol yarışları noyabrın 13-dən 21-dək keçiriləcək.
Xatırladaq ki, qadın həndbolçulardan ibarət Azərbaycan millisi 2017-ci ildə Bakıda təşkil olunan analoji yarışda qızıl medal, 2022-ci ildə isə Türkiyənin Konya şəhərində keçirilən Oyunlarda isə gümüş medal qazanıb.
14:52 26.10.2025
Oxunuş sayı: 1239