Sumqayıtda meyitdən orqan nəqli ilə bağlı beynəlxalq elmi konfrans keçirilir
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində "Regionda ilk: Meyitdən orqan nəqli – Uğurlu təcrübədən gələcəyə doğru" adlı beynəlxalq elmi konfrans keçirilir.
Crossmedia.az xəbər verir ki, tədbir Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi, Mərkəzi Gömrük Hospitalı, Səhiyyə Nazirliyi, TƏBİB və "Florence Healthcare International"ın birgə təşkilatçılığı ilə baş tutur.
Konfransda Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və nümayəndələri, Milli Məclisin deputatları, media və ictimaiyyət nümayəndələri, səhiyyə işçiləri, tibb mütəxəssisləri və aidiyyəti qurumların nümayəndələri iştirak edirlər.
Konfransda meyitdən orqan nəqli, transplantasiya sahəsində görülən işlər, bu istiqamətdə beynəlxalq təcrübə və gələcək hədəflər müzakirə olunacaq.(Report)
09:55 25.10.2025
Oxunuş sayı: 944