"Kəpəz"in baş məşqçisi: İmişliyə qarşı çox ağır məğlubiyyət aldıq
"Kəpəz" "İmişli"yə qarşı ağır məğlubiyyət alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov mətbuat konfransında açıqlama verib.
Mütəxəssis Misli Premyer Liqasının IX turunda evdə "İmişli"yə 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb:
"Çox ağır məğlubiyyətdir. Mənə elə gəlir ki, qırmızı vərəqəyə kimi pis oynamadıq. Bəzi epizodlar var idi ki, istədiklərimizi alındırırdıq. Amma azlıqda qalandan sonra komanda demək olar ki, bütün oyun üslubundan kənarda qaldı. Nəticədə üzücü bir məğlubiyyət aldıq".
Qeyd edək ki, "Kəpəz" Misli Premyer Liqasının turnir cədvəlində 3 xalla sonuncu - 12-ci pillədə qərarlaşıb.
20:56 24.10.2025
Oxunuş sayı: 1459