Azərbaycan həndbolçuları VI İslam Həmrəyliyi Oyunlarına hazırlığı davam etdirir

Azərbaycanın qadın həndbolçulardan ibarət millisi VI İslam Həmrəyliyi Oyunlarına hazırlığı davam etdirir.
Azərbaycan Həndbol Federasiyasından Crossmedia.az-a verilən məlumata görə, yığma bu məqsədlə Mingəçevirə yollanaraq "Kür" Olimpiya İdman Mərkəzində təlim-məşq toplanışına start verib.
15 həndbolçunun iştirak etdiyi məşqlər baş məşqçi Aleksandr Revva və köməkçisi Yelena Namaliyevanın rəhbərliyi ilə həyata keçirilir.
Hazırlıq mərhələsi oktyabrın 30-dək davam edəcək.
18:47 23.10.2025
Oxunuş sayı: 1277