AFFA rəsmisi Bakıdakı stadionda görüləcək işləri açıqlayıb

Təmirə bağlanan "Liv Bona Dea Arena"da görüləcək işlər bəlli olub.
Crossmedia.az xəbər verir ki, bu barədə AFFA-nın İnfrastruktur Departamentinin rəhbəri Fuad Cəfərov açıqlama verib.
O, Mərdəkandakı stadionun ot örtüyünün renovasiya işlərinə görə noyabrın 30-dək bağlandığını xatırladıb:
"İşlər çərçivəsində alaq otlarının təmizlənməsi, qumlama, ot örtüyünün havalandırılması, toxumlama prosesi və s. həyata keçirilir. Bu tədbirlər ot örtüyünün keyfiyyətinin və davamlılığının artırılması məqsədilə aparılır".
Qeyd edək ki, bununla əlaqədar olaraq "Araz-Naxçıvan" klubu növbəti ev oyunlarını başqa stadionlarda keçirməli olacaq.
17:55 23.10.2025
Oxunuş sayı: 1633