Şəkidə avtomobillər toqquşub

Şəkidə baş verən qəzada 3 nəfər ölüb.
Crossmedia.az xəbər verir ki, hadisə Oğuz-Şəki avtomobil yolunun rayonun Oraban kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, "KİA" və "VAZ-2107" markalı avtomobillər toqquşub. Nəticədə 3 nəfər hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.(Report)
20:57 21.10.2025
Oxunuş sayı: 1087