Rəşad Nəbiyev Qazaxıstanın “Samruk-Kazyna” Milli Rifah Fondu və İnvestisiya Holdinqində görüş keçirib


Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Astanaya səfər çərçivəsində Qazaxıstanın dövlət aktivlərinin idarə edilməsi məqsədilə təsis edilən “Samruk-Kazyna” Milli Rifah Fondu və İnvestisiya Holdinqində görüş keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə RİNN məlumat yayıb.
Bildirilib ki, görüş zamanı “Samruk-Kazyna” Holdinqi ilə AZCON Holding arasında mümkün əməkdaşlıq istiqamətləri, birgə layihələr, o cümlədən nəqliyyat-logistika və telekommunikasiya sahələrində tərəfdaşlıq imkanları müzakirə edilib.
12:16 21.10.2025
Oxunuş sayı: 913