Azərbaycan Premyer Liqasında daha bir matç keçirilib

Misli Premyer Liqasının VIII turunda daha bir matç keçirilib.
Crossmedia.az xəbər verir ki, "Qəbələ" Qubada "İmişli"nin qonağı olub.
Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutan görüş 2:2 hesabı ilə başa çatıb. Bu nəticədən sonra "İmişli" 9 xalla səkkizinci yerdədir. 10-cu pillədə qərarlaşan "Qəbələ"nin isə 5 xalı var.
Qeyd edək ki, turun dünən keçirilən görüşlərində "Kəpəz" "Şamaxı"nı (4:1), "Qarabağ" "Turan Tovuz"u (2:1) məğlub edib. VIII tura oktyabrın 19-da yekun vurulacaq.
18:00 18.10.2025
Oxunuş sayı: 1469