Azərbaycanlı alpinistdən bəhs edən film İtaliyada qalib olub

İtaliyanın Milan şəhərində keçirilən beynəlxalq idman kinofestivalı FICTS-də Arzu Urşanın "Arzunun ardınca" ("Following the Dream") filmi "Documentary – Individual Sport" kateqoriyasının qalibi olub.
Crossmedia.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, nazirliyin dəstəyi ilə çəkilmiş və avqustun 8-də Bakıda təqdimatı keçirilmiş sənədli film alpinist Elmira Aslanovanı Everest zirvəsinə aparan yoldan bəhs edir.
12:02 12.10.2025
Oxunuş sayı: 2346