Aqil Abbas: Avropa görəcək ki...

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışında bildirib ki, Azərbaycan, həmçinin Günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək.
"Hazırda biz Orta Asiya, Azərbaycan, Türkiyə, Avropa yaşıl enerji dəhlizi üzərində işləyirik", - deyə dövlət başçısı əlavə edib.
Milli Məclisin deputatı Aqil Abbas dövlət başçısının səsləndirdiyi fikirlər barədə Crossmedia.az- a danışıb: “Bu siyasəti Möhtərəm prezident həyata keçirir. Hər halda yaşıl enerji ekologiyanın təmizliyi deməkdir.
Avropa görəcək ki, yaşıl enerji lahiyəsi yaxşıdır. Görəcəklər ki, enerjini necə alırıq, necə ötürürük. Onlar da bu hərəkata qoşulacaq".
Fərhad Musayev
11:28 08.10.2025
Oxunuş sayı: 2323