Azərbaycanın U-17 millisinin heyəti açıqlanıb

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yekun heyəti müəyyənləşib.
Crossmedia.az xəbər verir ki, xəbər verir ki, U-17-nin Avropa çempionatının seçmə mərhələsində Fransa, İsrail və Rumıniya yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyətində 20 futbolçu saxlanılıb.
Qeyd edək ki, IX qrupda yer alan komanda oktyabrın 8-də Fransa, 11-də İsrail, 14-də isə Rumıniya ilə qarşılaşacaq. Qrupun bütün oyunları Fransada keçiriləcək.
15:00 05.10.2025
Oxunuş sayı: 3004