Özbəkistanlı idmançı: "Azərbaycan lll MDB Oyunlarını yüksək səviyyədə təşkil edib"

Azərbaycan lll MDB Oyunlarını yüksək səviyyədə təşkil edib.
Crossmedia.az xəbər verir ki, bunu lll MDB Oyunları çərçivəsində Gəncə Şəhər İdman Sarayında keçirilən qılıncoynatma yarışında birinci yerə sahib çıxan Özbəkistan komandasının üzvü Atoms Ulekbeyev bildirib.
"Hər bir idmançı burada yaradılan şəraitlə razıdır. Biz komanda olaraq qızıl medal qazandıq. Azərbaycanlı rəqiblərimiz də çox gözəl döyüş nümayiş etdirdilər. Komanda kapitanı olaraq digər idmançı yoldaşlarımın adından hər kəsə təşəkkür edirəm", - deyə idmançı qeyd edib.(Report)
23:45 04.10.2025
Oxunuş sayı: 3018