III MDB Oyunları: Azərbaycan badmintonçusu finala vəsiqə qazanıb

Azərbaycan badmintonçusu Leyla Camalzadə III MDB Oyunları çərçivəsində finala vəsiqə qazanıb.
Crossmedia.az xəbər verir ki, o, fərdi yarışlarda belaruslu Mariya Vajniklə üz-üzə gəlib.
Azərbaycan təmsilçisi bu görüşdə qalib gəlib.
Qeyd edək ki, oktyabrın 5-də keçiriləcək final qarşılaşmasında badmintonçunun rəqibi rusiyalı Marina Tarasova olacaq.(Report)
21:25 04.10.2025
Oxunuş sayı: 2869