Azərbaycan millisinin baş məşqçisi: "İdmançılarımızın nəticələrindən razıyam"

İdmançılarımızın bugünkü nəticəsindən razıyam.
Crossmedia.az xəbər verir ki,bunu güllə atıcılığı üzrə Azərbaycan millisinin baş məşqçisi İradə Aşumova bildirib.
"Bugünkü yarışda idmançılarımızın nəticələrindən razıyam. Təbii ki, qızıl medal arzumuz böyük idi. İdmandır, bu və digər səbəblərdən bəzən qızıl medal qazanılması mümkün olmur. Buna baxmayaraq, həm qadınlar həm kişilər arasında keçirilən yarışda iştirak edən idmançılarımızdan razıyam. Gələn ay Misirdə dünya çempionatı keçiriləcək. Bu yarış idmançılarımız üçün həmin çempionata qədər bir təcrübədir", - deyə baş məşqçi deyib.
Qeyd edək ki, bu gün atıcılıq üzrə yarışda Azərbaycan idmançıları 1 gümüş medal qazanıb.(Report)
19:34 04.10.2025
Oxunuş sayı: 2943