III MDB Oyunları: Azərbaycan qılıncoynatma yarışında ilk medalını təmin edib

Azərbaycan qılıncoynadanı Mirnuray Abasova III MDB Oyunlarında bürünc medalı özü üçün təmin edib.
Crossmedia.az xəbər verir ki, şpaqa növündə uğur qazanan idmançı 1/4 finalda Rusiya təmsilçisi Anastasiya İlyuşenkaya qalib gəlib.
Onun yarımfinaldakı rəqibi (Anastasiya Zabelina (Rusiya) olacaq.(Report)
14:34 03.10.2025
Oxunuş sayı: 2977