III MDB Oyunlarında uğurla çıxış edən stolüstü tennisçilər mükafatlandırılıb

Azərbaycan Stolüstü Tennis Federasiyası III MDB Oyunlarında uğurla çıxış edən idmançıları mükafatlandırıb.
Crossmedia.az xəbər verir ki,bu barədə federasiya məlumat yayıb.
Qurumun vitse-prezidenti Elmar İslam və baş katibi Könül Mikayılova turnirdə uğurlu çıxış edən idmançılarla görüşüb.
Millinin məşqçi heyətinin də qatıldığı tədbirdə stolustü tennisçiləri yüksək nəticələr münasibəti ilə təbrik edən federasiya rəsmiləri onlara gələcək yarışlarda da uğurlar arzulayıb, lazımi təklif və tövsiyyələrini veriblər.
Ardınca, III MDB Oyunlarında ölkəmizi layiqincə təmsil edən stolüstü tennisçilər və məşqçilərə, həmçinin, federasiya nümayəndələrinə ASTF-nin təşəkkürnaməsi, hədiyyə və mükafatı təqdim olunub. Qeyd edək ki, stolüstü tennisçilər sözügedən beynəlxalq yarışda 6 gümüş, 3 bürünc medal qazanıblar.
13:35 03.10.2025
Oxunuş sayı: 2614