Azərbaycan gimnastı: "III MDB Oyunlarında qızıl medal qazanacağınıza inanıram"

Azərbaycan gimnastı Selcan Mahsudova III MDB Oyunlarında qızıl medal qazanacağına inanır.
Crossmedia.az xəbər verir verir ki, bunu idmançı özü deyib.
Fərdi yarışlarda bürünc medal qazanan idmançı nəticələri dəyərləndirib:
III MDB Oyunlarına Batut gimnastikasını ilk dəfə daxil ediblər. Ona görə də bu yarışlara ciddi hazırlaşmağa başladıq. Doğma divarlar arasında oynayırıq və azarkeşlərimizi təəssüflənirmək istəmədik. Yarışlara ciddi hazırlaşdıq və nəticə göz qabağındadır"
O, növbəti yarışlarda medal şanslarının çox olduğunu vurğulayıb:
"Qarışıq sinxron yarışlarında qardaşım Maqsud Mahsudova birlikdə şansımız var. Bundan əvvəl dünya kubokunda qızıl medal qazanmışdıq. İnanıram ki, həmin nəticəni burda da təkrarlayacağıq. Medal şansımız çoxdur. Qarışıq sinxronda bəlkə də Belarusu üstələyə bilərik. Amma fərdi yarışlarda hələ ki yoxdur. Çünki onların olimpiya çempionları var. Onlarda bu idman növü daha keçmişdə yaranıb, nəinki bizdə. Bu nəticəyə çatımışqsa sevindirici haldır". (Report)
12:44 03.10.2025
Oxunuş sayı: 1980