Xankəndidə III MDB Oyunlarının kamandan oxatma yarışlarına start verilib









Azərbaycanın ev sahibliyi etdiyi III MDB oyunları çərçivəsində bu gün oktyabrın 2-də kamandan oxatma yarışları başlayıb.
Bu barədə Crossmedia.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, yarışlar Xankəndi şəhər stadionunda təşkil olunub. Turnirdə 7 ölkədən 40 idmançı iştirak edir. Yarışlarda Azərbaycan 3 oğlan və 3 qız olmaqla ümumilikdə 6 idmançı ilə təmsil olunur. Yarışı şəhərin sakinləri, Qarabağ Universitetinin tələbələri, media nümayəndələri izləyir.
12:55 02.10.2025
Oxunuş sayı: 2607