Üzgüçülükdə sonuncu yarış gününün növbəti mükafatçıları bəlli olub -YENİLƏNİB

Azərbaycan III MDB Oyunlarında daha bir medal qazanıb.
Crossmedia.az xəbər verir ki, Anastassiya Gnussina bürünc mükafata sahib çıxıb.
O, 1500 metr məsafəyə sərbəst üsulla üzmədə üçüncü yeri tutub. Rusiyalı Anastasiia Chernyshova birinci, onun həmyerlisi Valeriia Brazhnichenko ikinci olub.
Qeyd edək ki, bu gün Süleyman İsmayılzadə 400 metr məsafəyə sərbəst üsulla üzmədə bütün rəqiblərini qabaqlayaraq qızıl medal əldə edib.
10:27
Azərbaycan III MDB Oyunlarında daha bir qızıl medal qazanıb.
Crossmedia.az xəbər verir ki, üzgüçü Süleyman İsmayılzadə birinci olub.
O, 400 metr məsafəyə sərbəst üsulla üzmədə bütün rəqiblərini qabaqlayıb.
Rusiya təmsilçilərindən Aleksandr Filipets gümüş, Bogdan Toropkin bürünc mükafata sahib çıxıb.(Report)
10:52 02.10.2025
Oxunuş sayı: 2085