III MDB Oyunları: Voleybol yarışında daha iki oyun keçirilib

Azərbaycanda keçirilən III MDB
Oyunlarının voleybol turnirində daha iki oyun baş tutub.
Crossmedia.az
xəbər verir ki, 15 yaşadək qızlardan ibarət Rusiya
yığması Belarusla üz-üzə gəlib.
Qarşılaşma Rusiya seçməsinin qələbəsi
ilə yekunlaşıb - 3:0.
Digər matçda isə Özbəkistan Tacikistana
eyni hesabla qalib gəlib.
Qeyd edək ki, voleybol yarışlarına
oktyabrın 6-da yekun vurulacaq.(Report)
19:58 01.10.2025
Oxunuş sayı: 904