Azərbaycanın 4 gimnastı batut gimnastikası üzrə yarışın finalına vəsiqə qazanıb

Şəki
Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində keçirilən batut
gimnastikası üzrə yarışın təsnifat mərhələsinə yekun vurulub.
Crossmedia.az xəbər verir ki, fərdi proqramda təsnifat mərhələsində
ölkəmizi qadınlar arasında Selcan Mahsudova, Şəfiqə Hümbətova və Vəfa
Əlisultanova, kişilər arasında isə Mehdi Əliyev, Nicat Mirzəyev, Hüseyn Abbasov
və Maqsud Mahsudov təmsil ediblər.
Təsnifat mərhələsinin
yekun nəticələrinə əsasən, Azərbaycan yığmasının 4 üzvü finala yüksəlib.
Qadınlar arasında Selcan Mahsudova, kişilər arasında isə Nicat Mirzəyev, Hüseyn
Abbasov və Maqsud Mahsudov həlledici mərhələyə vəsiqə qazanıblar. Eyni zamanda,
qadınlardan ibarət komanda da finala yüksəlib.
19:13 01.10.2025
Oxunuş sayı: 737