Qazaxıstan, Azərbaycan və Gürcüstan Orta Dəhlizlə bağlı çatışmazlıqların aradan qaldırılmasında əməkdaşlıq edəcəklər

Almatı
şəhərində “New Silk Way” forumunun meydançasında Orta Dəhlizlə bağlı
çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər planı imzalanıb.
Crossmedia.az xəbər
verir ki, sənəd Qazaxıstan, Azərbaycan və Gürcüstanın dəmir yolları
administrasiyalarının uzlaşdırılmış fəaliyyətini nəzərdə tutur.
Bununla
yananaşı Orta Dəhlizin iştirakçı ölkələrinin nümayəndə heyətlərinin
rəhbərlərinin görüş protokolu və EBRD ilə “Aktau Beynəlxalq Dəniz Ticarət
Limanı” ASC arasında liman infrastrukturu və STS kranlarının alınması üzrə
maliyyələşdirmə sazişi imzalanıb.
Nümayəndə
heyətlərinin rəhbərləri toplantısında Qazaxıstanın Nəqliyyat naziri Nurlan
Sauranbayev, Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu,
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov və
Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf nazirinin müavini Gennadiy
Arveladze iştirak ediblər.
Tərəflər
əsas marşrutlardan biri kimi Orta Dəhlizin strateji əhəmiyyətini vurğulayıblar.
Həmçinin onlar nəqliyyat əlaqələrinin inkişaf perspektivlərini,
ticarət-iqtisadi əlaqələrin genişləndirilməsini və dəhlizin beynəlxalq arenada
rəqabət qabiliyyətinin artırılmasını müzakirə ediblər.(Trend)
21:13 01.10.2025
Oxunuş sayı: 699