Azərbaycan millisinin baş məşqçisi: "Fürsətdən istifadə etsəydik hesab daha böyük olardı"

Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət millisi Qırğısıtanla oyunda fürsətlərdən istifadə etsəydi, hesab daha böyük ola bilərdi.
Crossmedia.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Aqil Nəbiyev deyib.
O, matçın çətin keçdiyini söyləyib:
"Çətin olacağını və rəqibin aqressiv olacağını bilirdik. İki fərqli hissə izlədik. İkinci hissədə daha çox top saxladıq. Finala vəsiqə qazandıq. Rusiya və Belarus komandalarından birini gözləyirik. Fürsətlərdən istifadə etsəydik hesab daha böyük ola bilərdi".
A.Nəbiyev çempion olacaqlarına inanır:
"AFFA rəhbərliyi yanımızdadılar. İnanıram ki finalda da yanımızda olacaqlar. Həmçinin azarkeşlərlə bağlı da eyni sözləri deyərdim. Artıq komanda kimi formalaşmışıq. Aramızda koordinasiya və nəticələrimiz var. Son oyunlarda qələbələr ard-arda gəlir. İnanıram ki, kuboku birlikdə götürəcəyik". (Report)
14:14 01.10.2025
Oxunuş sayı: 2261