Şahin Çatma: Medal qazanmaq üçün Özbəkistanla oyunda qalib gəlməliyik

Medal qazanmaq üçün Özbəkistanla oyunda
qalib gəlməliyik.
Crossmedia.az xəbər verir
ki, bunu Azərbaycanın 15 yaşadək qadınlardan ibarət voleybol millisinin baş
məçqçisi Şahin Çatma deyib.
O, Tacikistan yığması üzərində qazanılan
qələbəni şərh edib:
"Komandam daha yaxşı oyun sərgiləyə
bilərdi. Bu yaşda oyunçular təəssüf ki, həyəcanını saxlaya bilmirlər. Oyunlar
keçirdikcə bu həyəcanlar da bitəcək. Təbii ki, hədəfimiz bu oyun deyildi. Lakin
ilk oyunu qələbə ilə başlamaq şərt idi. Əsas hədəfimiz bundan sonra
Özbəkistanla olan oyundur. Medal qazanmaq üçün Özbəkistanla oyunda qalib
gəlməliyik".
Qeyd edək ki, A qrupu çərçivəsində
reallaşan Azərbaycan - Tacikistan görüşü 3:0 hesabı ilə yığmamızın xeyrinə başa
çatıb.
21:21 29.09.2025
Oxunuş sayı: 920