Bakıda UEFA-nın A kateqoriyalı məşqçi kursunun I mərhələsi başlayıb

AFFA-nın təşkilatçılığı ilə Bakıda UEFA-nın A kateqoriyalı məşqçi kursunun I mərhələsinə start verilib.
Crossmedia.az xəbər verir ki, təlimlər milli assosiasiyanın Təhsil və Reabilitasiya Mərkəzində keçirilir.
Sentyabrın 27-dək davam edəcək məşğələlərə təhsil şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimov rəhbərlik edirlər.
Kursun ikinci mərhələsi oktyabrın 20-23-də, üçüncü modulu isə noyabrın 17-20-də baş tutacaq.
14:35 25.09.2025
Oxunuş sayı: 2647