“Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) Maldiv adalarının milli aviaşirkəti “Maldivian” ilə strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıb. Bu əməkdaşlıq AZAL sərnişinləri üçün Maldiv adalarına səyahət imkanlarını daha da genişləndirir.
Crossmedia.az xəbər verir ki, yeni tərəfdaşlıq çərçivəsində AZAL ilə uçan sərnişinlər Velana Beynəlxalq Hava Limanından (MLE) ölkənin ən iri daxili şəbəkəsinə sahib olan “Maldivian” aviaşirkəti vasitəsilə Maldiv adalarının 17 unikal istiqamətinə rahatlıqla səyahət edə biləcəklər. Əməkdaşlıq iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə, aviasiya və turizm sahəsində qarşılıqlı inkişafın təşviqinə töhfə verir. Bu tərəfdaşlıq, həmçinin AZAL-ın uçuş şəbəkəsini daha da genişləndirərək Maldiv adalarını səyahətçilər üçün daha əlçatan edir.
12:11 22.09.2025
Oxunuş sayı: 2676