Qanunsuz odlu silah-sursat aşkarlanıb

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülüb.
Crossmedia.az nazirliyə istinadən xəbər verir ki, sentyabrın 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 tapança, 9 qumbara, 5 alışdırıcı, 14 tüfəng, 1 patron darağı və 895 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Bu istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
10:21 17.09.2025
Oxunuş sayı: 659