Cross Media təcrübə proqramı elan edir

Crossmedia.az Analitik İnformasiya Portalı gənclərin peşəkar inkişafına dəstək olmaq məqsədilə təcrübə proqramına start verir.
🔹 Proqram haqqında:
Müddət: 4 ay
İş qrafiki: Həftədə 5 gün
Qeyd: İş saatları tələbələrin dərs cədvəlinə əsasən təyin ediləcək.
Yer: Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 59
İstiqamətlər: Müxbirlik, reportyorluq, tərcümə, xəbərlərin yerləşdirilməsi (admin panel)
🔹 Tələblər:
Ali təhsil müəssisələrinin əsasən II, III, sonuncu kurs tələbələri və ya yeni məzun olanlar
Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı, həmçinin xarici dil biliklərinin olması da arzuolunandır
Komanda ilə işləmək, öyrənməyə həvəs
🔹 Üstünlüklər:
Təcrübəli mütəxəssislərlə işləmək imkanı
Peşəkar bacarıqların inkişafı
Uğurlu iştirakçılara tövsiyə məktubu və ya iş təklifi
Müraciət üçün CV-ni [email protected] ünvanına göndərirsiz. Məktubun mövzu hissəsinə özünüz haqda məlumat və hansı sahə üzrə yazı bacarığınız mövcuddur ona uyğun yazmağınız xahiş olunur.
Məs: Neft-qaz, iqtisadi, idman vs.
Son müraciət tarixi - 05.10.2025
17:32 16.09.2025
Oxunuş sayı: 854