FHN-in əməkdaşları NATO-nun təlimində iştirak edib




Sentyabrın 7-12-də Bolqarıstan Respublikasının Montana şəhərində Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Fəlakətlərə Cavabın Əlaqələndirilməsi üzrə Avro-Atlantika Mərkəzi (EADRCC) və Bolqarıstan Respublikasının Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə “20-ci NATO EADRCC Fövqəladə Halların İdarə edilməsi - BULGARIA 2025” təlimi keçirilib. Təlimə Fövqəladə Hallar Nazirlyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tibb qrupu da qatılıb.
FHN-in Mətbuat xidmətindən Crossmedia.az-a verilən xəbərə görə, təlimin rəsmi açılış mərasimində çıxış edən Bolqarıstan Respublikasının daxili işlər naziri Daniel Mitov təlimə cəlb olunan iştirakçıları salamlayaraq, təşkil olunan genişmiqyaslı sahə təliminin baş verə biləcək irihəcmli fövqəladə hallara çevik reaksiya imkanlarının artırılması baxımından əhəmiyyətindən danışıb.
Daha sonra NATO-nun Baş katibinin müavini Radmila Shekerinska növbəti “BULGARIA 2025” təliminin məqsəd və vəzifələrindən bəhs edərək iştirakçılara uğurlar arzulayıb.
Sahə təliminin təşkilində əsas məqsəd mümkün təbii fəlakət və qəzalar nəticəsində ətraf ərazilərə və kritik infrastruktura dəyə biləcək zərərlərin əlaqəli şəkildə aradan qaldırılması olub.
12:06 16.09.2025
Oxunuş sayı: 883