Premyer Liqa: "Kəpəz" "Araz-Naxçıvan"a məğlub olub

Misli Premyer Liqasının IV turunda "Kəpəz" "Araz Naxçıvan"a məğlub olub.
Crossmedia.az
xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma Naxçıvan təmsilçisinin
qələbəsi ilə yekunlaşıb - 2:0.
Elmar
Baxşıyevin rəhbərlik etdiyi komandanın heyətində Slavik Alxasov (65) və Bar
Kohen (86) fərqləniblər.
Bu nəticədən
sonra komanda xallarının sayını 10-a çatdıraraq turnir cədvəlində liderliyə
yüksəlib. 12-ci pillədə olan Gəncə təmsilçisinin isə xalı yoxdur.
Qeyd
edək ki, IV tura sentyabrın 14-də yekun vurulacaq.
23:45 12.09.2025
Oxunuş sayı: 713