"Qarabağ" "Zirə" ilə heç-heçə edib

"Qarabağ" Misli Premyer Liqasında heç-heçə edib.
Crossmedia.az
xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv IV turda
"Zirə" ilə üz-üzə gəlib.
"Azərsun
Arena"da keçirilən qarşılaşma heç-heçə yekunlaşıb - 1:1.
39-cu
dəqiqədə Ruan Renato penaltidən "qartallar"ı hesabda önə keçirib.
81-ci dəqiqədə meydan sahiblərindən Kadi Borges tarazlığı bərpa edib.
Xallarının
sayını 8-ə çatdıran "Zirə" ikinci pillədə qərarlaşıb. Ağdam klubu 4
xalla beşinci sıradadır.
Günün
ilk görüşündə "Araz-Naxçıvan" "Kəpəz"i iki cavabsız qolla
üstələyib.
Qeyd
edək ki, tura sentyabrın 14-də yekun vurulacaq.
23:31 12.09.2025
Oxunuş sayı: 605