Astarada yeniyetməni avtomobil vurub

Astara rayonunda avtomobil 17 yaşlı yeniyetməni vurub.
Crossmedia.az
xəbər verir ki, hadisə Ərkivan qəsəbəsi ərazisində olub.
Belə
ki, avtomobil vuran şəxs qəsəbə sakini - 2008-ci il təvəllüdlü Bibixanım Elçin
qızı Əliyevadır. Yaralıya əvvəlcə Astara Rayon Mərkəzi Xəstəxanasında ilkin zəruri
tibbi yardım göstərilərək Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım
şöbəsinə göndərilib. Vəziyyəti ağır olan pasiyent kəllədaxili travma diaqnozu
ilə reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda
faktla bağlı araşdırma aparılır.
19:34 12.09.2025
Oxunuş sayı: 847