İqbal Ağazadə ilə müsahibə: Prezident İlham Əliyevə marşal rütbəsinin verilməsi təklif ediləcək- ANONS

2020-ci il Qarabağ müharibəsindən sonrakı mərhələ Azərbaycan siyasi həyatında yeni bir reallıq yaradıb. Cəmiyyətin bütün təbəqələrində müşahidə olunan həmrəylik və milli birliyin güclənməsi daxili siyasətdə də öz əksini tapıb. Artıq iqtidar və müxalifət münasibətlərində daha konstruktiv yanaşmalar görünməkdədir, qarşılıqlı dialoq mühiti formalaşaraq siyasi sistemin inkişafına yeni dinamika qazandırır. Bu proses həm ölkə daxilində sabitliyin möhkəmlənməsinə, həm də dövlətin gələcək hədəflərinə daha koordinasiyalı şəkildə irəliləməsinə zəmin yaradır.
Bu siyasi məsələlərlə, regionda baş verən hadisələrlə bağlı “Ümid” partiyası lideri İqbal Ağazadə Crossmedia.az-a geniş müsahibə verib:
Müsahibədən əsas fikirləri təqdim edirik:
“Dünyadakı müharibələrin baş verməsinin əsas səbəbi...”
“Qarabağın bizim olduğunu unutmuşuq”.
“Hakimiyyət deyir məhkəmələr müstəqildir, mən deyirəm ki...”.
“Biz İlham Əliyevə marşal rütbəsi verilməsini təklif edəcəyik”.
Müsahibə yaxın günlərdə dərc olunacaq.
Kənan Novruzov
Ayhan Ağarzayev
14:25 12.09.2025
Oxunuş sayı: 1728