Xankəndə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edilib

Xankəndə gecə sürət yarışına çıxan şəxslər saxlanılıb.
Crossmedia.az xəbər verir ki, Orxan Hümbətzadə və Tural Baxışlı gecə saatlarında istifadələrində olan "VAZ-21154" markalı iki avtomobillə şəhərin əsas yolunda sürət yarışı həyata keçirməklə avtoxuliqanlıq edib.
Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci (avtoxuliqanlıq) maddəsi ilə inzibati icraat başlanılıb. Hər iki şəxs bir il müddətinə sürücülük hüququndan məhrum edilib və hər biri 500 manat cərimə edilib.
13:25 12.09.2025
Oxunuş sayı: 961