Qanunsuz odlu silah-sursat aşkarlanıb

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Crossmedia.az-a DİN-in mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 5 tüfəng, 1 patron darağı və 685 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
10:30 09.09.2025
Oxunuş sayı: 797