Bakıda yeni inşa edilən futbol meydançasının açılış mərasimi keçirilib

Bakıda 247 saylı məktəbdə inşa edilən futbol meydançasının açılış mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, "FIFA Arena" layihəsi çərçivəsində baş tutan tədbirdə AFFA və FIFA rəsmiləri, tanınmış futbol adamları iştirak ediblər.
Tədbir zamanı görülən işlərlə bağlı məlumat verilib. Meydançanın hazırlanması barədə video süjet nümayiş etdirilib.
Açılışdan sonra uşaqlar öz bacarıqlarını meydançada nümayiş etdiriblər.
17:38 08.09.2025
Oxunuş sayı: 1045