Xızıda 8 qohum yeməkdən zəhərlənib, Sumqayıt xəstəxanasına çatdırılıblar

Xızı rayonunun Giləzi qəsəbəsində qidadan zəhərlənən 8 nəfər Sumqayıt xəstəxanasına çatdırılıb.
Crossmedia.az-ın məlumatına görə, Sumqayıt şəhər 1 nömrəli xəstəxananın yoluxucu xəstəliklər şöbəsindən bildirilib ki, qohumluq əlaqələrində olan 8 nəfər zəhərlənən sentyabrın 6-sı saat 22:25 radələrindən başlayaraq xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə müraciət ediblər.
Onlar ürəkbulanma, qusma, qızdırma, ishal kimi hallardan şikayətləniblər. Xəstələrdən nümunələr götürülüb və məlum olub ki, onlar qarışıq qidalanmadan (kabab, salat, qarpız-yemiş və müxtəlif içkilər) zəhərləniblər.
Bildirilib ki, xəstələrə tibbi köməklik göstərilib və vəziyyətləri normal olduqdan sonra evə yola salınıblar.(Yurdmedia.az)
13:09 08.09.2025
Oxunuş sayı: 1331