"TikTok"da söyüş söyən 62 yaşlı molla həbs edilib

Bakıda dini mərasimləri idarə edən 1963-cü il təvəllüdlü Tahir Məmmədov (ad və soyad şərtidir) "TikTok" sosial şəbəkəsində insanları nalayiq ifadələrlə təhqir edib.
Crossmedia.az xəbər verir ki, o, həmin məsələ ilə bağlı polis bölməsinə dəvət edilib. Bu vaxt o, polis bölməsinin yaxınlığında da telefonla yüksək səslə danışıb və təhqiramiz ifadələr işlədib. Polis əməkdaşları onu sakitləşdirməyə çalışsalar da, T.Məmmədov bu xəbərdarlıqlara məhəl qoymayaraq, əməllərini davam etdirib.
Sabunçu Rayon Məhkəməsinin qərarı ilə T.Məmmədov 10 sutka inzibati qaydada həbs edilib.
12:07 08.09.2025
Oxunuş sayı: 944