Fərid Qayıbov: SportAccord Dünya İdman və Biznes Sammitinin ölkəmizdə keçirilməsi Azərbaycanın növbəti uğurudur

SportAccord Dünya İdman və Biznes Sammitinin ölkəmizdə keçirilməsi Azərbaycanın növbəti uğurudur.
Crossmedia.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov açıqlama verib.
O, 2026-cı ildə bir sıra yarışların baş tutacağını söyləyib:
"Beynəlxalq idman aləmində öz sözümüzü demişik. Hər il növbəti uğura imza atırıq. Beynəlxalq qurumlar da bizə inanırlar və tədbirləri Azərbaycana həvalə edirlər. Bakı 2026-cı ildə dünyanın idman paytaxtı olacaq. Adı qorumaq üçün bir sıra turnirlər keçirəcəyik".
10:25 08.09.2025
Oxunuş sayı: 877