Azərbaycan - Ukrayna oyununun hakimləri açıqlanıb

Azərbaycan millisinin Ukrayna yığması ilə Bakıda keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.
Crossmedia.az xəbər verir ki, qarşılaşma Yunanıstandan olan ədalət
təmsilçilərinə tapşırılıb.
FIFA referisi Vassilis Fotiasa Andreas Meintanas və Mixail
Papadakis köməklik göstərəcək. Dördüncü hakim funksiyasınl Anastasion Papapetru
yerinə yetirəcək.
VAR-da Angelos Evangelu, AVAR-da Yoannis Papadopulos əyləşəcək.
Qeyd edək ki, Azərbaycan – Ukrayna qarşılaşması sentyabrın
9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
13:15 07.09.2025
Oxunuş sayı: 1258